Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sement istehsalçısı akkumulyator dünyasında inqilab hazırlayır


Əksər litium-ion batareyalarında tərkibi nikel və ya kobaltdan ibarət katodlardan istifadə olunur. Yaponiya sement istehsalı şirkətinin yeni texnoloji hazırlaması çox ucuz başa gəlir və akkumulyatorun işləmə müddətini 3 dəfə artırmağa, həmçinin onun şarjını 4 dəfəyə kimi sürətləndirməyə imkan verir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, kobaltın və nikelin qiyməti artır. Elektrik avtomobillərinin istehsalı ilə məşğul olan avtomobil istehsalçılarının sayı artır ki, bu da defisit olan maddələrə tələbatı artırır. Kobalt maddəsinin 70%-nin Konqoda hasil edilməsi problemi daha da ağırlaşdırır, çünki burada hərbi əməliyyatlar səngimir və kobalt hasilində uşaq əməyindən istifadə olunur. Bu və digər effektiv əvəzetmənin axtarışını zəruri edib.

 

Yeni material Yaponiyanın "Taiheiyo Cement" şirkəti tərəfindən ixtira edilib.

 

Emil Hüseynov






25/02/21    Çap et