Orta səviyyəli “Radeon RX 6700” videokartı martın 3-də təqdim ediləcək. Bu barədə videosürətləndiricinin istehsalı ilə məşğul olan “AMD” şirkətinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti.” resursuna istinadən yazır ki, hazırda aktual “AMD Big Navi” videokartlar seriyası üç modeldən ibarətdir: “RX 6900 XT”, “RX 6800 XT” və “RX 6800”. İki yeni “RX 6700 XT” və “RX 6700” qrafik prosessoru martın əvvəlində nümayiş olunacaq. Birinci videokart populyar “NVIDIA RTX 3060” ilə rəqabət aparacaq.
Böyük “RX 6700XT” versiyasının 2560 axın prosessoru və 12 giqabaytlıq “GDDR6” yaddaşı ilə təchiz ediləcək. Kart “USB Type-C” çıxışına malik olmasa da, istifadəçilərə üç “DisplayPort” və bir “HDMI” çıxışı təklif edəcək.
Əsas “RX 6700” versiyasının 579 dollara təklif olunan “RX 6800” kartından ucuz olacağı gözlənilir.
Nizam Nuriyev