Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Xiaomi Redmi” smartfonlar seriyası nümayiş olunub


“Xiaomi” şirkətinin “Redmi” törəməsi “K40” adlı yeni smartfonlar seriyasını nümayiş etdirib. Bu barədə “GizmoChina” nəşrinin şirkətin materiallarına istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, üç qurğu – “Redmi K40”, “K40 Pro” və “K40 Pro ” təqdim edilib. Kiçik qabaqcıl model 120 giqahers tezlikli işi və “HDR10 ” texnologiyasını dəstəkləyən 1080x2400 pikselli 6,67 düymlük “Super AMOLED” ekranla buraxılıb. Qurğu “5G” dəstəkli “Snapdragon 870” prosessoru üzərində qurulub və 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş, “4K” formatlı videonun yazılmasını dəstəkləyən 48, 8 və 5 meqapikselli obyektivlərə malik üçlü kamera, eləcə də 4520 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.

 

“Redmi K40 Pro” smartfonu kiçik modeldən qabaqcıl “Snapdragon 888” prosessorunun və “4K” videoyazı dəstəkli 64,8 və 5 piksel təsvir ölçülü kameranın, eləcə də digər – “Adreno 660” qrafik sürətləndiricisinin mövcudluğu ilə fərqlənir.

 

Seriyanın “Redmi K40 Pro ” adlı böyük smartfonu “Pro” modelindən cüzi fərqlənir. Məsələn, o, 108, 8 və 5 meqapikselli obyektivlərdən ibarət kameraya malikdir. Qurğu, həmçinin 12 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşlı olmaqla yalnız bir versiyada buraxılır.

 

Seriyanın bütün qabaqcıl modelləri stereodinamiklər, “IP53” standartı əsasında sudan və tozdan qorunma, yan düyməyə quraşdırılan daktiloskopik sensor, “Quick Charge 3.0 ” sürətli enerjidoldurma texnologiyası və “USB PD 3.0”, “NFC” və infraqırmızı sensor ilə təchiz edilib.

 

Əsas modelin qiyməti 310 dollardan başlayır. Başlanğıc “Redmi K40 Pro” versiyası 430 dollar dəyərində qiymətləndirilib. Seriyanın ən bahalı qurğusunun qiyməti 575 dollar təşkil edir.

 

Nizam Nuriyev






01/03/21    Çap et