Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti “E Ink” ekranlı planşet hazırlayır


“Sony” şirkəti tezliklə ekranı “E Ink” elektron kağızı üzərində qurulan planşet və elektron kitab oxuma qurğusunun (book reader) hibridi olan “DPT-CP1 Version 2” qurğusunun satışlarına başlayacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğuda 4096 rəng çalarını canlandıran “E Ink Kaleido” displeyindən istifadə edilib. Panelin diaqonal ölçüsü 10,3 düym təşkil edir. Həmçinin ağ-qara rejimi – “227 PPI” (bir düym üçün) piksel sıxlıqlı 1404 × 1872 piksel sadalanır.

 

Qurğu 27 işıq diodu əsasında ön işıqlandırma ilə təchiz olunub. İdarəetmə üçün basma gücünün tanınması imkanını təmin edən “Wacom” qələmindən istifadə etmək olar.

 

Planşetin əsasını 1,8 giqahers takt tezliyində işləyən dörd “ARM Cortex-A53” hesablama nüvəsinə malik prosessor təşkil edir. Qurğu “Wi-Fi” və “Bluetooth 5.0” simsiz rabitə adapterləri, 32 giqabaytlıq quraşdırılmış yaddaş və “USB Type-C” simmetrik portu ilə təchiz edilib.

 

Bundan başqa, planşetdə “Android 9” əsasında proqram platformasından istifadə edilib. Yeni qurğunun kommersiya bazarına nə vaxt çıxarılacağı barədə məlumat verilmir.

 

Nizam Nuriyev






01/03/21    Çap et