Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Microsoft Surface Laptop 4” noutbuku “Intel” və “AMD” prosessorları ilə təchiz ediləcək


"Microsoft" şirkəti "Surface Laptop" noutbuklarının yeni nəslini hazırlayır. Qurğunun sınaq nümunəsi populyar "GeekBench" testində iştirak edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "RIA Novosti" resursuna istinadən yazır ki, noutbukun dördüncü nəsli 13,5 və 15 düym olmaqla iki ölçüdə buraxılacaq. Hər diaqonal "Intel" və ya "AMD" prosessorları ilə təklif olunacaq. "Surface Laptop 4" xarici görünüşünə görə "Surface Laptop 3" noutbukunu xatırladacaq.

 

Testdə iştirak edən konfiqurasiyalardan biri "Intel Core i5-1135G7" prosessoru, "Intel Iris Xe" qrafik sürətləndiricisi və 8 giqabaytlıq genişlənməyən operativ yaddaş tutumu ilə təchiz edilib. "AMD" prosessorlu versiya "AMD Ryzen 5 3580U" çipini nəzərdə tutur.

 

Qiyməti açıqlanmayan dördüncü nəsil "Surface Laptop" noutbukunun təqdimatı aprelə planlaşdırılır.

 

Nizam Nuriyev






02/03/21    Çap et