“Microsoft” korporasiyası başqa insanlarla işləmək və kommunikasiya qurmaq üçün öz yeni platformasını təqdim edib. “Mesh” adlandırılmış yeni platforma real və virtual dünya arasında bir növ simbiozdur.
“ICTnews” Elektron Xəbər Xidməti “ain.ua” saytına istinadən yazır ki, “Mesh” faktiki olaraq real dünyanı və virtual məkanı birləşdirir, nəticədə fiziki cəhətdən müxtəlif yerlərdə olan insanlar bir-biri ilə qarşılıqlı əlaqə qura bilərlər. Həmçinin onlar müxtəlif 3D obyektlərlə təmasda ola bilərlər. Fiziki cəhətdən başqa yerdə olanlar avatar rejimində təqdim edilib, amma şirkət gələcəkdə bu texnologiyanı bütün istifadəçilərin reallıqda olduğu kimi görünəcəyi bir səviyyəyə yaxınlaşdıracağına söz verib.
Şirkətin nümayəndəsi bildirib ki, “Mesh” platforması yalnız şirkətin öz istehsalı olan “HoloLens” qarışıq reallıq şlemini deyil, həm də kənar istehsalçıların qurğularını dəstəkləyəcək. Həmçinin “Microsoft” kənar istehsalçılar üçün platformaya giriş imkanı təqdim etməyi planlaşdırır.
Emil Hüseynov