Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” smartfonunda təhlükəli boşluq aşkarlanıb


"Apple" şirkəti istifadəçiləri təhlükəli boşluq səbəbindən smartfonların proqram təminatını yeniləməyə çağırıb. Bu barədə "ExtremeTech" nəşrinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta " resursuna istinadən yazır ki, jurnalistlərin xatırlatmasına görə, yanvarın sonunda ABŞ korporasiyası öz ekosisteminin istifadəçilərinə "iOS" əməliyyat sistemini aktual versiyayadək yeniləməyi tövsiyə edib. Müəlliflərin sözlərinə görə, şirkətin bu davranışı tipik deyil. Martın əvvəlində həvəskarlar tərəfindən müəyyən edilib ki, şirkət bununla eksployta görə müdaxiləyə meyilli "iPhone" modellərinin sayını azaltmaq istəyib.

 

Materialda qeyd olunur ki, söhbət "iOS" nüvəsinin zəif yeri olan "CVE-2021-1782" boşluğundan gedir. Sistem boşluğu vasitəsilə məsafədən smartfona müdaxilə etmək çətin olsa da, onun mövcudluğu "jailbreak" proqramının quraşdırılması üçün imkanlar açır. "Bu, təhlükəli deyil, lakin telefonun mühafizə səviyyəsini azaldır", – müəlliflər vurğulayıb.

 

"Jailbreak" proqramı sizə "iPhone" smartfonuna seçimə uyğun proqram təminatı quraşdırmağa imkan verir. Bu isə "Apple" üçün arzuedilən deyil", – jurnalistlər əlavə edib. Onların sözlərinə görə, şirkət bağlı əməliyyat sistemi statusunu dəstəkləmək və mobil əlavələrə ciddi nəzarət etmək niyyətindədir.

 

Nizam Nuriyev






05/03/21    Çap et