“Samsung” şirkəti tərəfindən təqdim edilmiş yeni zərbəyədavamlı “Galaxy XCover 5” smartfonu ən ekstremal şəraitdə mürəkkəb tapşırıqların yerinə yetirilməsi üçün bir sıra funksiyalar əldə edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra.ru” saytına istinadən yazır ki, məsələn, smartfon təkmilləşdirilmiş amortizasiya sayəsində 1,5 metrədək hündürlükdən düşməyə, həmçinin IP68 standartı üzrə toz və suya dayanıqlıdır. Bu o deməkdir ki, cihazı suyun altında 1 metrdən çox dərinlikdə 30 dəqiqədən artıq saxlamaq olar.
“Glove Touch” texnologiyasının tətbiqi smartfonun əlcəklə istifadəsini mümkün edir.
Smartfon “Exynos850” prosessoru, 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 16 mp, ön kameranın təsvir ölçüsü isə 5 mp təşkil edir. Akkumulyatorun tutumu 3000 milliamper/saat təşkil edir.
Emil Hüseynov