“Microsoft”un proqram təminatında aşkar edilmiş boşluq ABŞ-da 20 mindən çox təşkilatı təhdid edir
“Microsoft” korporasiyasının “Exchange Server” proqram təminatında aşkar edilmiş boşluğa görə ABŞ-da 20 mindən çox təşkilat haker hücumuna məruz qala bilər. Bu haqda “Reuters” agentliyi məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
tass.ru” saytına istinadən yazır ki, agentliyin məlumatına görə, “Exchange Server” proqram təminatındakı boşluq genişmiqyaslı rəqəmli casus kampaniyalarının keçirilməsi məqsədilə istifadə oluna bilər.
Bundan əvvəl “Microsoft” korporasiyası ABŞ-da bir sıra özəl şirkətlərin “Exchange Server” proqram təminatı üzərindən haker hücumuna məruz qalması ehtimalına görə sözügedən proqram təminatı üçün yeniləmə təqdim etmişdi.
Emil Hüseynov