Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kanada ictimai nəqliyyatın elektrikləşdirilməsinə milyardlarla dollar qoyacaq


Kanada hökuməti beş il ərzində ölkədə ictimai nəqliyyatın elektrikləşdirilməsinə 2,75 milyard Kanada dolları (2,17 milyard ABŞ dolları) məbləğində investisiya yatırmağı planlaşdırır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews " resursuna istinadən yazır ki, məmurların sözlərinə görə, söhbət digər təşəbbüslərə əlavə olaraq sıfır səviyyəli tullantılara malik çoxlu avtobusun alışından gedir. Bu səylər 14,9 milyard Kanada dolları (11,77 milyard ABŞ dolları) dəyərində daha böyük ictimai nəqliyyatın modernləşdirilməsi paketinin tərkib hissəsidir.

 

Mövcud proqramlar çərçivəsində artıq 300 ekoloji təmiz avtobus alınıb, lakin yeni təşəbbüs hökumətə yaxın 5 ildə daha 5 min avtobusun alınaraq istifadəyə verilməsi ilə bağlı məqsədə nail olmağa kömək edəcək. Hökumət ümid edir ki, bu addım "Nova Bus", "GreenPower" və "New Flyer" kimi Kanada avtobus istehsalçıları üçün yeni iş yerləri yaradacaq. Məqsəd hazırkı proseslərə əhəmiyyətli təsir göstərməkdir.

 

Nizam Nuriyev






09/03/21    Çap et