Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platforması üçün azərbaycanca yeni klaviatura hazırlanıb


“Android 2.2” (və yuxarı) əməliyyat sistemi ilə çalışan cihazlar üçün Azərbaycan dilini dəstəkləyən çoxdilli klaviaturanın (Multik) yeni versiyası hazırlanıb. Bu barədə istehsalçının bloqunda məlumat verilir.
Multik əlavəsinin müəllifi azərbaycanlı proqramçı Amid Quliyevdir.

Çoxdilli klaviaturanın yeni versiyası “Android” platforması üçün çalışan smartfon və planşet kompyuterlərində uğurla sınaqdan keçirilib.

Klaviatura Azərbaycan dilinin lüğətinə malikdir və o, mətnin daxil edilməsi zamanı lazımi köməyi edir. Əlavə “market.android.com/details?id=info.amidos.keyboard” ünvanı ilə “Android Market”-də ödənişsiz yükləmə üçün açıqdır.

Yeni versiyada 9 fərqli dildə klaviatura var. Bunlar Azərbaycan, alman, ingilis, ispan, fransız, gürcü, rus, türk, Ukrayna klaviaturalarıdır.





21/12/11    Çap et