Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

150 min videomüşahidə kamerasına müdaxilə edilib


“Bloomberg” nəşrinin məlumatına görə, beynəlxalq hakerlər qrupu “Verkada” şirkətinin istehsalı olan 150 min videomüşahidə kamerasına müdaxilə ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, kibercinayətkarlar xəstəxanalar, polis bölmələri, həbsxanalar, məktəblər və digər qurumlarda quraşdırılmış kameralara giriş əldə ediblər. Məlumata görə, hakerlər “Tesla” şirkətinin Şanxayda yerləşən anbarına və “Verkada” şirkətinin ofislərinə müdaxilə etməyə müvəffəq olublar.

 

Mənbə bildirib ki, beynəlxalq hakerlər qrupunun məqsədi videomüşahidə kameralarına müdaxilə etməyin nə qədər asan olduğunu nümayiş etdirmək olub. Onun sözlərinə görə, kibercinayətkarlar yalnız uzaq məsafədən idarə olunan 150 min kameraya deyil, həm də şirkətin bütün arxivlərinə giriş əldə ediblər.

 

Emil Hüseynov






10/03/21    Çap et