“Facebook” sosial şəbəkəsinə məxsus olan “WhatsApp” messencerində bulud xidmətində saxlanılan yazışmaların ehtiyat nüsxəsinin şifrlənməsi planlaşdırılır. Bu barədə “WABetainfo” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, "bulud arxivinə icazəsiz girişin qarşısını almaq üçün gələcək ehtiyat nüsxələrin şifrlənməsində istifadə olunacaq parol təyin etmək mümkün olacaq. Mesajları arxivdən bərpa etmək istədikdə həmin şifri daxil etmək lazım gələcək" – məlumatda deyilir. Həmçinin bildirilib ki, “WhatsApp” unudulmuş şifrin bərpasında istifadəçiyə kömək edə bilməyəcək.
Emil Hüseynov