“Google Play”də 8 təhlükəli mobil proqram aşkar edilib
“Google Play”də istifadəçilərin bank məlumatlarını oğurlaya və ya ikimərhələli eyniləşdirməni keçə bilən ən azı 8 təhlükəli mobil proqram aşkar edilib. “Forbes” jurnalının mütəxəssisi Zak Dofman bu mobil proqramları dərhal telefondan silməyə və bank hesablarını yoxlamağa çağırıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər bildiriblər ki, “Play Store” mobil proqramlar mağazasının mütəxəssisləri hakerlər tərəfindən müdaxilənin qarşısını bütün mümkün üsullarla almağa çalışırlar, lakin hakerlərin həmişə bir addım irəlidə olması kimi təsəvvür yaranır.
İstifadəçinin “ağıllı” telefonuna istənilən zərərli proqram təminatını yükləyə bilən “Clast82” adlı troyan yeni təhlükə mənbəyidir.
Nüfuzlu “Forbes” nəşri “Google Play Store” mobil proqramlar mağazasında “Clast82” troyan virusu ilə olan zərərli proqramların siyahısını dərc edib:
-
Cake VPN (com.lazycoder.cakevpns)
-
Pacific VPN (com.protectvpn.freeapp)
-
eVPN (com.abcd.evpnfree)
-
BeatPlayer (com.crrl.beatplayers)
-
QR/Barcode Scanner MAX (com.bezrukd.qrcodebarcode)
-
Music Player (com.revosleap.samplemusicplayers)
-
tooltipnatorlibrary (com.mistergrizzlys.docscanpro)
-
QRecorder (com.record.callvoicerecorder)
Emil Hüseynov