“Samsung” şirkəti tərəfindən təqdim edilmiş ucuz “Galaxy M12” smartfonu “PLS TFT” texnologiyası üzrə hazırlanmış HD təsvir ölçülü 6,5 düymlük ekrana malikdir. Matris təsviri 90 hers tezliklə yeniləyə bilir. “Samsung Galaxy M12” smartfonu “Exynos 850” prosessoru, 4/6 QB əməli yaddaş və ya 64/128 QB daxili yaddaşla təchiz edilib. Həmçinin yaddaş kartı dəstəklənir. Qurğu “4G”, “Wi-Fi” və “Bluetooth 5.0” modullarını dəstəkləyir. “M12” cihazında, həmçinin barmaq izləri skaneri, qulaqlıqlar üçün konnektor və “USB-C” portu nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, qurğu 4 sensordan ibarət əsas kamera ilə təchiz edilib: 48 meqapiksellik (MP) “Samsung ISOCELL GM2” adlı əsas sensor, 5 mp-lik genişbucaqlı sensor və hər birinin təsvir ölçüsü 2 mp olan makro və dərinlik sensorları. “Galaxy M12” cihazı 15 vatt şarj dəstəyinə malik 6000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.
Martın 18-də Hindistanda satışa çıxarılacaq “Samsung Galaxy M12” smartfonunun qiyməti 151 dollar təşkil edəcək.
Emil Hüseynov