Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” və “Samsung” patentlərin lisenziyalaşdırılması ilə bağlı razılığa gəlib


Finlandiyanın “Nokia” və Cənubi Koreyanın “Samsung” şirkətləri arasında lisenziya sazişi imzalanıb. Saziş “Nokia” şirkətinin videostandartlar sahəsində işləmələrini əhatə edir. Müvafiq məlumat “Nokia” şirkətinin saytına yerləşdirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, sənədə uyğun olaraq “Samsung” şirkəti Finlandiya istehsalçısına patentləşdirilmiş texnologiyalardan istifadə üçün pul ödəyəcək. Sazişin maliyyə tərəfləri açıqlanmır.

 

Məlumata görə, Finlandiya şirkəti onilliklər boyunca tədqiqatlarla məşğul olub və standartların hazırlanmasına öz töhfəsini verib. “Nokia” şirkətinin elmi tədqiqat və təcrübi-konstruktor işlərinə investisiyaları son 20 ildə 129 milyard avronu ötüb. İnvestisiya qoyuluşlarının nəticəsinin göstəriciləri təxminən 20 min patent ailəsinə xidmət edir ki, bunun da 3500-dən çoxu “5G” üçün əsas seçilib.

 

“Nokia” standartların hazırlanmasında əldə edilən patent hüquqlarının ədalətli, səmərəli və ayrı-seçkilik olmayan şərtlər (Fair, Reasonable and Non-Discriminatory, FRAND) əsasında iştirak edib. Bunun sayəsində digər şirkətlər tədqiqat və işləmələrə vəsait sərf etmədən yaradılan texnologiyalardan bəhrələnə bilərlər.

 

Qeyd edək ki, saziş “Nokia” şirkəti ABŞ-da “Samsung” korporasiyasına qarşı iddia qaldıraraq onu patent hüququnun pozulmasında təqsirləndirdikdən bir neçə ay sonra imzalanıb.

 

Nizam Nuriyev






12/03/21    Çap et