Şanxaydan olan alimlər komandası tərəfindən hazırlanmış parçadan displey kimi istifadə etmək olar. Bu, Fudan Universitetinin mütəxəssislərinin araşdırmaları nəticəsində mümkün olub.
“ICTnews” Elektron Xəbər Xidməti “nauka.tass.ru” saytına istinadən yazır ki, layihənin rəhbəri Pen Hueyşenin sözlərinə görə, müvafiq material öz funksionallığına görə kompüter və ya smartfonu xatırladır. Onu rabitə texnologiyalarında istifadə etmək mümkündür.
Alimlər laboratoriya şəraitində uzunluğu 6 metr və eni 25 sm olan parça displey hazırlamağa nail olublar. Layihə rəhbəri deyib ki, parça displeyi qatladıqda və ya uzatdıqda onun parlaqlığı sabit qalır.
Emil Hüseynov