Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple Mac” kompüterlərində ciddi boşluq aşkar edilib


Bu yaxınlarda təqdim edilmiş “M1” prosessoru ilə işləyən “Mac” kompüterlərinə brauzer vasitəsilə müdaxilə etmək mümkündür. Kornel Universitetinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bu qənaətə gəliblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Apple”ın yeni kompüterləri brauzerdə “JavaScript” deaktiv vəziyyətdə olduqda belə haker hücumları qarşısında dayanıqsızdır. Boşluq hakerlərə istifadəçinin veb-aktivliyini görmək imkanı yaradır. Sözügedən boşluğun köməyi ilə yalnız “JavaScript”i deyil, həm də VPN və TOR kimi məxfilik texnologiyalarını keçmək olar.

 

Tədqiqatçılar “Intel Core”, “AMD Ryzen”, “Samsung Exynos” və “Apple M1” platformalarını yoxlayıblar. Bütün prosessorların bu hücum qarşısında bu və ya digər dərəcədə dayanıqsız olduğu məlum olub. Lakin “Apple M1” və “Samsung Exynos” prosessorları digərlərindən daha dayanıqsız olublar.

 

Emil Hüseynov






12/03/21    Çap et