Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” yeni smartfon və planşet hazırlayıb


“İntel” korporasiyası “Atom” prosessoru və “Android” əməliyyat sistemi ilə işləyən smartfon və planşet kompyuteri nümunələrini təqdim edib.

Hər 2 qurğunun əsasını “Medfield” platforması təşkil edir. Platformanın  "ürəy"i 1,86 QHz takt tezlikli və aşağı enerji istehlaklı 32 nanometr texnoloji proses üzrə hazırlanan “Atom” nüvəsidir. “Medfield” platforması məhsuldarlığa görə əvvəlki “Moorestown” platformasını 4 dəfə üstələyir.

Qeyd edilir ki, smartfon prototipi ölçüsünə görə “iPhone 4” smartfonu ilə uyğundur, lakin ondan daha yüngüldür. Qurğuya “Android 2.3” (Gingerbread) əməliyyat sistemi qurulub.

“İntel” planşeti ölçü və çəkisinə görə “iPad 2” ilə müqayisə oluna bilər, lakin böyük ekranla təchiz edilib. Əməliyyat sistemi kimi “Android 4.0” (Ice Cream Sandwich) quraşdırılıb.

“Atom Medfield” prosessorlarında ticarət “Android” qurğularının 2012-ci ilin ilk  yarısında təqdim ediləcəyi gözlənilir.





22/12/11    Çap et