Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkətinin yeni smartfonlarının təqdimat tarixi məlum olub


Finlandiyanın “Nokia” şirkəti bir neçə yeni smartfonu üçün təqdimat keçirəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “GSMArena” tərəfindən istinad edilən şəbəkə informatorları “Nokia”nın yeni məhsullarının ilkin siyahısını açıqlayıblar. Bu, “Nokia G10”, “X10” və “X20” cihazları olacaq. “G” seriyası başlanğıc səviyyəli telefonlar üçün, “X” seriyası isə orta səviyyəli qurğular üçün əsas olacaq.

 

“G10” modeli “MTK Helio P22” prosessoru ilə təchiz ediləcək. “5G” dəstəyinə malik olacaq “X10” və “X20” smartfonları müvafiq olaraq “Snapdragon 480” və “Snapdragon 690” prosessorları ilə təchiz ediləcək.

 

Təqdimat aprelin 8-nə planlaşdırılıb.

 

Emil Hüseynov






17/03/21    Çap et