Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda ödəniş köşkləri qurulacaq


Hazırda yol polisi tərəfindən cərimələnən sürücülər cərimə haqqını bank və poçt şöbələrində ödəyə bilirlər. Yeni ildən isə bu siyahıya “Paypoint” köşkləri də əlavə olunacaq.

Bu barədə “İCTnews”- a açıqlama verən "Komtec" şirkətinin kommersiya departamentinin rəhbəri Fərid İsmayılzadə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi xidmətinin işə salınması üzrə işlərin başa çatması üçün saylı günlərin qaldığını dedi.

Onun sözlərinə görə, bu xidmət yeni ilin ilk ayında işə salınacaq. Hazırda bəzi texniki işlər aparılır. F.İsmayılzadə daha sonra bildirdi ki, perspektivdə paytaxtda ödəmə terminallarının sayının iki dəfə artırılması və regionlarda xidmətin tətbiqidir.

İsmayılzadənin sözlərinə görə, hazırda respublikada quraşdırılan ödəmə terminallarının ümumi sayı təxminən 300 ədəd təşkil edir. Gələn ilin sonuna qədər isə bu qurğuların sayının 3 min ədədə çatdırılması gözlənilir.


Qeyd edək ki, “Paypoint" terminalları kommunal xərclərin, stasionar və mobil telefon, internet, kabel televiziyası xidmətlərinin, qaz smart kartların ödənişi üçün nəzərdə tutulub.





22/12/11    Çap et