Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS” sistemi üçün casus proqramlar məlum olub


“PCloud” analitik şirkəti “App Store”də proqramların məxfilik siyasətini ətraflı araşdırıb. Mütəxəssislər "toplanılan fərdi məlumatların faizinə, həmçinin üçüncü şəxslərə ötürülmə həcminə görə “iOS” sistemi üçün proqramların antireytinqini tərtib ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, araşdırmaya əsasən məlum olub ki, proqram tərtibatçılarını ən çox veb-sörfinqin tarixçəsi, istifadəçilərin yeri, əlaqə məlumatları, yaş və fiziki hazırlığı maraqlandırır. Bu və digər məlumatların orta hesabla 52%-i kontekst reklamların göstərilməsi üçün üçüncü şəxslərə ötürülür. “Instagram”, “Facebook” və “LinkedIn” xidmətləri üçüncü şəxslərə ən çox məlumat ötürür. “YouTube” videohostinq xidməti toplanılmış informasiyanın 42%-ni öz tərəfdaşlarına göndərir. 36% göstəriciyə malik “TikTok” reytinqdə 12-ci yeri tutub.

 

Mütəxəssislərin qiymətləndirməsinə görə, proqramların 80%-i həm tətbiq daxilində, həm də kənarda öz məhsullarını tanıtmaq üçün istifadəçilərin şəxsi məlumatlarını araşdırırlar.

 

Emil Hüseynov






17/03/21    Çap et