Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

86 düymlük “Redmi Max 86” televizoru böyük populyarlıq qazanıb


“Redmi” şirkəti martın 4-də 1240 dollara təklif olunan “Redmi Max 86” adlı 86 düym diaqonallı dünyanın ən ucuz televizorunun satışlarına başlayıb. İki həftə ərzində televizorun satış həcmi 12 min ədədi üstələyib, gəlir isə 15 milyon dollar təşkil edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, bir neçə günə ötən il Çində bu diaqonalda satılan televizorların sayı qədər “Redmi Max 86” modeli satılıb.

 

Məlumata görə, “Redmi Max 86” televizorunun ekranı ön panelin 97,25 faizini tutur. “4К” formatlı “IPS” matrisası “DCI-P3” rəng sahəsinin 92 faizini əhatə edir. Bundan başqa, “MEMC” və “HDR10 ” texnologiyaları dəstəyi mövcuddur, görüntünün yeniləmə tezliyi isə 129 giqahers təşkil edir.

 

Bundan əlavə, televizor 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş, “Dolby Vision” və “Dolby Atmos” texnologiyalarının dəstəyi ilə təchiz olunub. “Redmi Max 86” modeli “MIUI for TV 3.0” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

 

Nizam Nuriyev






18/03/21    Çap et