Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) “H-III” adlı yeni ikipilləli raketdaşıyıcısı təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “H-III” Yaponiyanın maye yanacaqla işləyən ən böyük raketdaşıyıcısıdır. Onun uzunluğu 63 metr, diametri 5,2 metr təşkil edir. Onun günəşin sinxron orbitinə 4 ton, geokeçid orbitə isə 6,5 ton ağırlığında faydalı yük çıxaracağı gözlənilir.
Məlumata görə, raketdaşıyıcısı Taneqasima kosmodromunda quraşdırılıb. Hazırda o, yanacaqla – maye hidrogen (oksidləşdirici – maye oksigen) ilə doldurulur, lazımi yoxlamalar aparılır. İlk buraxılışın 2021-ci maliyyə ili (1 aprel 2021-ci il – 31 mart 2022-ci il) ərzində həyata keçiriləcəyi gözlənilir.
Bildirilir ki, “H-III” əvvəlki “H-IIA” raketdaşıyıcısından fərqli olaraq 1,3 dəfə daha çox peykləri orbitə çıxara biləcək. Bununla yanaşı, sadələşdirilmiş konstruksiya sahəsində “H-III” raketdaşıyıcısının istehsalına daha az vəsait xərclənəcək. Bu, “H-IIA” raketdaşıyıcısı ilə müqayisədə buraxılış xərclərini 50 faizədək – 5 milyard yenədək (45,8 milyon dollar) azalda bilər.
Nizam Nuriyev