Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

NRYTN-də KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşavir təyinatı olub


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev yeni müşavir təyin edib.

 

Müşavir Bayramov Rəşad Bayram oğlu KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələrin effektiv qurulması üzrə funksiyaları yerinə yetirəcək.

 

Rəşad Bayramov 1979-cu ildə anadan olub.

 

O, 1995 – 2001-ci illərdə Azərbaycan Dillər Universitetində İngilis dili ixtisası üzrə bakalavr və magistr dərəcələri üzrə təhsil alıb.

 

2004-cü ildə Roçester Texnologiya İnstitutunda (ABŞ) Kommunikasiya və media texnologiyaları üzrə magistr dərəcəsi əldə edib.

 

R.Bayramov 2019 – 2020-ci illərdə Dyuk Universitetinin Fuqua Biznes Məktəbində (ABŞ) Strategiyaların icrası üzrə təhsil alıb.

 

Əmək fəaliyyətinə 2001-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) KİV-lə əlaqələr və siyasi məsələlər üzrə köməkçi vəzifəsində başlayıb.

 

2004-cü ildən fəaliyyətini BP şirkətində davam etdirən R.Bayramov müxtəlif vəzifələrdə işləyib. 2011 – 2018-ci illərdə BP şirkətinin Xarici işlər şöbəsinin müdiri, 2018 – 2021-ci illərdə isə Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə transformasiya və modernləşdirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Rəşad Bayramov 2016-cı ildən etibarən bir sıra beynəlxalq təhsil müəssisə və mərkəzlərində, o cümlədən ADA Universiteti, Koç Universiteti və Yaxın Şərq Liderlik Akademiyasında effektiv kommunikasiya mövzusunda mühazirə və seminarlar aparır.






18/03/21    Çap et