Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” platformasında uşaqları təhlükədən qorumaq üçün yeni funksiya istifadəyə veriləcək


“Instagram” sosial şəbəkəsi yetkinlik yaşına çatmamış istifadəçilərin mobil tətbiqdən istifadəsi zamanı onlar üçün yarana biləcək riskləri xeyli azaldacaq yeniləmə təqdim edəcəyini elan edib. Bu haqda şirkətin bloqunda məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, tezliklə tərtibatçılar tərəfindən istifadəyə veriləcək yeni məxfilik funksiyaları yetkinlik yaşına çatmamış istifadəçiləri internetdə yetkin şəxslərlə ünsiyyət zamanı yarana biləcək risklərdən qoruyacaq.

 

Məsələn, “Instagram” xidməti yeniyetmə və uşaqların hesabına abunə olmayan yetkin istifadəçilərin onlara şəxsi mesaj göndərmək imkanını bloklamaq niyyətindədir.

 

Bundan başqa, daha əvvəl platformada özünü "pis" aparan yetkin şəxsin hesabı "uyğun olmayan" məzmun kimi işarələnə bilər.

 

Emil Hüseynov






18/03/21    Çap et