Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərpoçt” MMC banklarla sağlam rəqabət aparmaq iqtidarındadır
Respublika daxilində ən qısa vaxt ərzində pul köçürmələri edən bankların siyahısının genişlənməsi rəqabəti bir qədər də artırır. Bank filiallarının yerləşdiyi 10-dan çox şəhər və yaşayış məntəqələrini əhatə edən “Monex” təcili pulköçürmələr sistemindən istifadə etməklə xidmətdən istifadə təklifi digər bankları hərəkətə gətirib.
Ən böyük şəbəkəyə malik və artıq banklarla açıq-aşkar rəqabət aparan “Azərpoçt” MMC-nin bütün rayonlarda filialları mövcuddur . “Azərpoçt” banklardan fərqli olaraq mənzillərə bildirişlərin göndərilməsini təmin edir.
Qeyd edək ki, moneqram xidmətindən istifadə etməklə ən aşağı tariflərlə 10 dəqiqə ərzində Azərbaycanın istənilən bölgəsindən təcili pul köçürmələrini həyata keçirmək mümkündür.
22/12/11 Çap et