Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir nazirlik xidmətlərini elektronlaşdırır


Yeni ildən ünvanlı sosial yardım üçün müraciətlər elektron formada olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “ictnews.az”-a verilən məlumata görə,  bu istiqamətdə ilk addım Bakı şəhərinin rayonlarında, eyni zamanda respublikanın 14 şəhər və rayonunda atılacaq.

Qeyd edək ki, bundan əvvəl Balakən və Cəlilabad rayonlarında həyata keçirilən pilot-layihə uğurlu alınıb” məlumatda bildirilir.


 Yeni müraciət mexanizmlərinin əsas cəhəti ünvanlı sosial yardım üçün ərizə-anket formalarının həm onlayn rejimdə, həm də poçt şöbələri vasitəsi ilə qəbul məsələsindən ibarətdir.

Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir. Yaxın zamanlarda həmin məlumatların mobil telefon nömrəsinə SMS-lə göndərilməsi planlaşdırılır. 

 





22/12/11    Çap et