Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiya mühəndisləri robotlara biliklərə yiyələnməyi və onlardan istifadə etməyi öyrədirlər
Tokio Texnologiya İnstitutunda robotlara onları əhatə edən mühiti öyrənmək və əlavə məlumatlar əldə etmək üçün internetə daxil olmaq imkanı verən sistem işlənib hazırlanıb.
Yaponiyada yaradılan “SOİNN” və ya “Self-Organizing İncremental Neural Network” layihəsi robotlara biliklər əldə edərək istifadə etməyə, eləcə də tapşırıqları maksimal dərəcədə effektli və keyfiyyətli yerinə yetirmək üçün əvvəllər öyrəndiklərini praktikada tətbiq etməyə imkan verən alqoritmdir.
“Cybersecurity”-in məlumatına görə, praktikada bu belə görünür: maşın ona tamamilə və ya kifayət qədər aydın olmayan hansısa tapşırığı alaraq vəziyyəti müəyyən qədər aydınlaşdıracaq əsas məlumatları tapmağa çalışır. Məlumatları əldə edən maşın onları artıq məlumat bazası ilə tutuşdurur və tapşırığın alqoritmik həllini hasil edir.
“SOİNN” mənası maşın üçün prinsipcə başa düşülməyən tapşırıq alsa, alqoritm internetə daxil olur və sorğunu sözbəsöz bölərək hər bir sözün mənasını müəyyən etməyə və onların bir-biri ilə əlaqəsini başa düşməyə çalışır.
Tokio Texnologiya İnstitutunun professor köməkçisi Osamu Xaseqava bildirir ki, hazırda mövcud olan robotların əksər hissəsi yalnız əvvəlcədən proqramlaşdırılan tapşırıqların yerinə yetirilməsi baxımından yaxşıdır, lakin onları əhatə edən dünya haqqında ya çox az bilirlər, ya da ümumiyyətlə xəbərləri yoxdur.
Bizim layihə öz-özlüyündə robotlar və real dünya arasında körpü yaratmağa istiqamətlənib. Belə yanaşma insan və robotları bir-birinə daha yaxın edir.
22/12/11 Çap et