Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”a qarşı yeni patent iddiası


“Apple” “Samsung Electronics” şirkətini bir neçə patentinin pozulmasında ittiham edərək Cənubi Koreyada ona qarşı məhkəməyə iddia verib.
“Apple”ın iddia ərizəsi çərşənbə günü, iyun ayının 22-də Seulun mərkəzi dairəsinin məhkəməsi tərəfindən qəbul edilib. Qeyd edək ki, “Samsung”un qərargahı Seulda yerləşir.
Öz iddia ərizəsində Stiv Cobsun şirkəti iddia edib ki, “Samsung” üçüncü nəsil “iPhone” smartfonunu qanunsuz olaraq kopyalayıb. “Apple”ın fikrincə, “Samsung Galaxy S” aparatı “iPhone”la oxşar görünüşə malikdir. İki şirkət arasında patent təhqiqatı artıq 2 aydan çoxdur ki davam edir.




24/06/11    Çap et