Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” prosessoru buraxılıb


“Xiaomi” şirkəti prosessor buraxıb. Bu barədə Çinin “MyDrivers” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlər şirkətin “Weibo” sosial şəbəkəsində dərc edilən məlumata istinad ediblər. “Xiaomi” nümayəndələrinin sözlərinə görə, şirkət öz çipini təqdim edib. Yeni prosessorun təsvirinə görə, söhbət smartfonlar və digər texnika üçün prosessordan deyil, görüntünün emalı üçün mikrosxemdən (ISP) gedir.

 

Jurnalistlərin sözlərinə görə, nümayiş olunan çip qurğunun kamera məlumatlarının emalı üçün nəzərdə tutulacaq. Komponent rəng, kontrastlıq, işıqlandırma və s. haqqında informasiyanın qiymətləndirilməsi vasitəsilə foto və videonun keyfiyyətinə cavabdeh olacaq. Onun yeni “Xiaomi” smartfonlarından birinə quraşdırılacağı gözlənilir. Prosessor martın 30-da qabaqcıl “Mi 11 Ultra” smartfonunun nümayiş olunacağı tədbirdə təqdim ediləcək.

 

Şirkətin sonuncu çipi – “Surging S1” 2017-ci ildə buraxılıb. Hazırda “Xiaomi” qurğularında əsasən ABŞ-ın “Qualcomm” şirkətinin prosessorlarından istifadə edilir.

 

2020-ci ilin martında verilən məlumata görə, “Xiaomi” şirkəti “Surge” prosessorlarının hazırlanması üzrə bölmənin fəaliyyətini dayandırıb. Blogerlərin sözlərinə görə, şirkət rəqabətqabiliyyətli məhsul yarada bilmədiyindən layihəni mürəkkəb və bahalı hesab edib.

 

Nizam Nuriyev






30/03/21    Çap et