Yeni təhlükəli virus on minlərlə “Windows” sistemli kompüterə hücum edib
“Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən əksər kompüterlər “Purple Fox” adlı təhlükəli virusun yeni versiyasının qurbanı olub. Bu barədə kibertəhlükəsizlik sahəsində “GuardiCore” təşkilatının press-relizində deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta
www.lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, əvvəllər zərərli proqram təminatı eksployt dəsti və fişinq məktubları vasitəsilə yayılsa da, indi qurdabənzər modulla təchiz edilib. Nəticədə bir qurğunun yoluxması “Purple Fox” virusuna şəbəkə daxilindəki “Windows” əsasında işləyən digər sistemləri skan edərək onlara hücum etməyə imkan verir.
Mütəxəssislərin məlumatına görə, 2020-ci ilin mayından virusun yeni versiyasının hücumlarının sayı 600 faiz artaraq 10 minə çatıb. Bundan əvvəl “GuardiCore” əməkdaşları tərəfindən istifadəçilərə qarşı 90 mindən çox hücumun həyata keçirilməsi qeydə alınıb. Həmçinin tədqiqatçıların fikrincə, hakerlər təhlükəli proqram təminatını 2 minə yaxın müdaxilə edilmiş serverə tətbiq edə biliblər.
“Purple Fox” virusu elə şəkildə yaradılıb ki, qurbanda şübhə yaratmır. Məsələn, kompüter yoluxdurulduqdan sonra proqram təminatı rutkiti – virusun hərəkətlərini maskalayan proqram vasitələri dəstini işə salır.
Nizam Nuriyev