“Xiaomi” şirkəti “Mi 11 Pro” və “Mi 11 Ultra” smartfonlarını nümayiş etdirib
“Xiaomi” şirkəti “YouTube”da yayımlanan təqdimatda “Xiaomi Mi 11 Pro” və “Mi 11 Ultra” smartfonlarını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, “Xiaomi Mi 11 Pro” aparatı “AMOLED” texnologiyası üzrə hazırlanmış 3200x1440 piksel təsvir ölçülü 6,81 düym ekranla təchiz edilib. “Snapdragon 888” prosessoru ilə işləyən smartfon “5G” texnologiyasını dəstəkləyir. “Mi 11 Pro” cihazı üçqat kamera ilə təchiz edilib: avtofokuslama sisteminə malik 50 mp-lik “Dual Pixel Pro” sensoru, 13 mp-lik genişbucaqlı “OmniVision” və 8 mp-lik telefoto sensor. Model bütöv interfeys və kommunikasiyalar dəstinə malikdir, 5000 milliamper/saat tutumlu akkumulyator və 67 vatt gücündə simsiz enerjidoldurma qurğusu ilə təchiz edilib.
İstehsalçılar “Xiaomi Mi 11 Ultra” aparatında isə ən müasir texnologiyaları tətbiq ediblər. Ekran və platforma “Pro” versiyada olduğu kimidir. Amma kamera bloku fərqlidir. Birincisi, selfi həvəskarları üçün miniatür displey quraşdırılıb. İkincisi, 50 mp-lik sensora əlavə olaraq avtofokusa malik 48 mp-lik genişbucaqlı və eyni təsvir ölçüsünə malik telefoto əlavə edilib. Smartfon üçün keramikadan hazırlanmış korpus sifariş etmək olar, lakin standart korpus da IP68 standartına uyğun olaraq suya qarşı dayanıqlıdır.
Emil Hüseynov