“Apple” ekstremal idman növləri üçün yeni “ağıllı” saat modelini təqdim etməyi planlaşdırır
“Apple” şirkəti ekstremal şəraitdə qurğudan istifadə edən idmançılar, turistlər və digər kateqoriyadan olan insanlar üçün nəzərdə tutulmuş möhkəm korpusa malik “Apple Watch” modelini hazırlamağı planlaşdırır. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
tass.ru” saytına istinadən yazır ki, məlumata görə, ABŞ şirkəti belə modelin təqdimatını 2021-ci ilin sonu və ya 2022-ci ilin əvvəlinə planlaşdırır.
Adi “Apple Watch” ilə eyni funksionallığa malik olacaq yeni “ağıllı” saat modeli əlavə olaraq zərbəyədavamlı olacaq.
“Apple” korporasiyasının nümayəndəsi bu informasiyaya münasibət bildirməkdən imtina edib.
Emil Hüseynov