“Samsung” şirkəti 2021-ci ilin fevralında smartfonların satış həcminə görə dünyada birinci yeri tutub. Bu barədə “Strategy Analytics”in analitik hesabatına istinadən “Gizmochina” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, Cənubi Koreya şirkəti ötən ay ərzində 24 milyon smartfon tədarük edərək qlobal smartfon bazarının 23,1%-nə sahiblənib.
23 milyon “iPhone” smartfonu tədarük etmiş və 22% bazar payına sahib “Apple” korporasiyası ikinci yeri tutub.
11,5% qlobal bazar payına malik Çinin “Xiaomi” şirkəti fevral ayının göstəricilərinə görə üçüncü yeri tutub.
Emil Hüseynov