Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da “HokieSpeed” superkompyuteri yaradılıb
Virciniya Politexnik Universitetində (Virginia Tech, ABŞ) hibrid arxitekturaya malik “HokieSpeed” superkompyuteri qurulub.
Hesablayıcı kompleks 209 qovşaqdan ibarətdir, onların hər biri 2,4 QHz takt tezliyi ilə işləyən 2 ədəd altınüvəli “İntel Xeon E5645” prosessoruna və 2 ədəd “nVidia Tesla M2050/C2050” kartına malikdirlər. Kompleksin pik sürəti tək dəqiqliklə olan hesablamalarda 455 teraflops (saniyədə trilyon əməliyyat ) və ikiqat dəqiqliklə olan hesablamalarda isə 240 teraflopsa çatır.
“Top500” (dünyanın ən güclü kompyuterləri) reytinqində “HokieSpeed” sistemi hal-hazırda 96-cı yeri tuta bilər.
“HokieSpeed” kompleksinin yaradılmasına təxminən 1,4 milyon dollar pul sərf edilib. Superkompyuterdən müxtəlif mühəndislik və elmi hesablamaların yerinə yetirilməsi zamanı istifadə etmək planlaşdırılır.
22/12/11 Çap et