Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” virtual reallıq şleminin buraxılış tarixi məlum olub


“Apple” şirkəti 2021-ci ildə virtual reallıq qarnituru təqdim edəcək. Bu barədə “Bloomberg” müəllifi Mark Qurman məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, ABŞ şirkəti yaxın bir neçə aya ilk qatışıq reallıq qarniturunu təqdim edəcək. Mütəxəssis hazırlanan qurğunu “Apple” şirkətinin “Apple Watch” saatını buraxdığı 2015-ci ildən ilk böyük qurğusu adlandırıb. Lakin şirkət rəhbərliyi qurğunun təqdimatını onlayn formatda keçirmək istəmir. Bununla əlaqədar qurğunun buraxılış tarixi təxirə salına bilər.

 

Qatışıq reallıq şleminin təqdimatının oflayn keçirilməsi istəyini M.Qurman “Apple” şirkətinin qurğunu maksimum ətraflı – bilavasitə stendlərdə göstərərək onun işini jurnalist və tərtibatçılara nümayiş etdirmək istəməsi ilə izah edib.

 

M.Qurman, həmçinin xatırladıb ki, ABŞ şirkəti tərtibatçılar üçün növbəti konfransın 2021-ci ildə keçiriləcəyini bəyan edib. Tədbirdə “Apple” ənənəvi olaraq “iOS”, “iPadOS”, “tvOS”, “macOS” və “watchOS” yeniləmələrini nümayiş etdirir. Konfrans koronavirus məhdudiyyətləri ilə əlaqədar ardıcıl ikinci ildir onlayn formatda keçiriləcək.

 

Jurnalistin fikrincə, bu vəziyyət şirkət rəhbərliyini məyus edir. Çünki onlar yeni məhsulları jurnalist və istehlakçılara şəxsən nümayiş etdirmək istəyirlər. Bundan başqa, distansiyalı iş rejimi gələcək qurğuların intensiv hazırlanmasına xidmət etmir.

 

Nizam Nuriyev






02/04/21    Çap et