“Sony” apreldə yeni qabaqcıl “Xperia 1 III” smartfonunu təqdim edəcək
Yaponiyanın “Sony” şirkəti yeni qabaqcıl “Xperia 1 III” smartfonunu təqdim edəcək. Bu barədə “Sony Xperia”nın rəsmi “YouTube” platformasında məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, “GSMArena” nəşrinin məlumatına görə, Yaponiya şirkəti ən azı üç smartfon təqdim edəcək. “Snapdragon 765G” prosessoru ilə təchiz edilmiş “Xperia 10 III” və “Xperia Compact” qurğuları həmin smartfonlar arasındadır. 5,5 düym diaqonallı ekrana malik sonuncu qurğu “Android” dünyasında bir növ “iPhone 12 mini”nin analoqu olacaq.
Əsas yenilik “Xperia 1 III” cihazı “Snapdragon 888” prosessoru, 4K təsvir ölçülü 6,5 düym OLED displey, 16 QB əməli yaddaş və 512 QB daxili yaddaşla təchiz ediləcək.
14 aprel tarixinə planlaşdırılmış təqdimat onlayn formatda keçiriləcək.
Emil Hüseynov