Kompüterlər havanın keyfiyyətini proqnozlaşdırmağa başlayıblar
Amerika alimləri havanın keyfiyyətini proqnozlaşdırmaq üçün süni intellektdən istifadə etməyə başlayıblar. Mənbələrin məlumatına əsasən, peyk və yerüstü stansiyalarla müqayisədə kompüterlər bu işin öhdəsindən daha yaxşı gəlir.
“ICTnews” Elekron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, mütəxəssislər araşdırma çərçivəsində havanın keyfiyyətini ətraflı təhlil etmək məqsədi ilə kompüter modelləşdirməsindən istifadə ediblər.
"Havanın keyfiyyəti şəhər yerində insanların həyatına təsir edən əsas problemlərdən biridir. Lakin mövcud müşahidələr hərtərəfli məlumatın ədlə edilməsi üçün kifayət deyil" – Penn ştatında coğrafiya kafedrasının dosenti Manju Yuy deyib.
Emil Hüseynov