"Synopsys" şirkətinin araşdırmasına görə, ən populyar "Android" proqramlarının 60%-də ən azı bir boşluq qeydə alınıb.
"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, hər bir belə proqramda informasiya təhlükəsizliyi ilə bağlı orta hesabla 39 problem mövcuddur. Şirkət tərəfindən ümumilikdə aşkar edilmiş 3137 unikal boşluq potensial olaraq məxfi məlumatların itkisinə səbəb ola bilər.
Şirkətin məlumatına görə, tərtibatçıların illər öncə yazılmış açıq mənbə kodunun fraqmentlərindən istifadəsi nəticəsində mobil proqramlarda boşluqlar qeydə alınır.
Emil Hüseynov