Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koronavirusu məhv edən robot icad edilib


İsveçrədə ultrabənövşəyi şüalanma vasitəsilə bütün mikrobları məhv edən aparat ixtira olunub. Çoxları onu koronavirusu məhv edən robot adlandırır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, aparat təyyarə salonlarının təmizlənilməsi üçün nəzərdə tutulub. Bir hava gəmisinin dezinfeksiyasına təxminən 13 dəqiqə tələb olunur. Prosesdə hər şey avtomatlaşdırıldığından insanla təmas mövcud deyil. Hazırda sonuncu sınaqlar keçirilir. İstehsalçılar şüalanmanın kresloların və fyüzelajın xarici görünüşünü korlamadığına əmin olmaq istəyirlər.

 

"Biz aparatı işə salaraq onu təyyarədə qoyuruq. O, dezinfeksiya aparır və iş başa çatdıqdan sonra avtomatik dayanır. İnsan və texnika arasında təmas olmur. Səyahətçilər üçün əhəmiyyətli olan odur ki, kreslolarda kimyəvi maddələrin izi qalmasın, daxildə tam təmizlikdir", – tərtibatçı şirkətin həmtəsisçisi Codok Elmiger bildirib.

 

Nizam Nuriyev






05/04/21    Çap et