Tayvanın “TSMC” şirkəti yaxın 3 ildə mikrosxem istehsalının genişləndirilməsinə 100 milyard dollar qoymağı planlaşdırır. Artıq 2021-ci ildə bu məqsədlər üçün 25-28 milyard dolların ayrılması nəzərdə tutulur.
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, “TSMC” nümayəndələrinin fikrincə, şirkət sürətli artım dövrünə daxil olur. “TSMC” mikroelektronika məhsuluna tələbat “5G” mobil rabitə və yüksək məhsuldarlığa malik hesablamaların yayılması kimi uzunmüddətli tendensiyalar sayəsində artacaq. Bundan başqa, COVID-19 pandemiyası cəmiyyətdə həyatın bütün sahələrində rəqəmli texnologiyaların tətbiqinin sürətləndirilməsinə kömək edib.
Ötən ilin mayında “TSMC” Arizona ştatında zavodun inşasına 12 milyard dollar yatırmaq niyyətində olmasını bəyan edib.
Qeyd edək ki, bu yaxınlarda ABŞ-ın “Intel” şirkəti də Arizonada yerləşən mikrosxem istehsalı üzrə zavodları genişləndirməyi planlaşdırmasını açıqlayıb.
Nizam Nuriyev