Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom”İB ən yeni texnologiyanın tətbiqinə başlayıb


«Aztelekom»İB regionlarda ən yeni texnologiyaları tətbiq etməyə hazırlaşır.
Bu barədə İCTnews-a məlumat verən birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev bildirib ki, yeni texnologiyalar müştərilərin sürətli internet şəbəkəsinə, İPTV, İP telefoniya və s. xidmətlərə yüksək sürətlə qoşulmalarına zəmanət verir.
PON texnologiyası adlanan yeni texnologiyanın tətbiqi ilə regionlarda rabitə və informasiya texnologiyaları sahəsinin yeni mərhələsinin başlayacağını bildirən baş direktor müavini sınaq mərhələsinin uğurlu alınmasından sonra bu texnologiyanın ilk öncə böyük şəhərlərdə, daha sonra isə bütün rayonlarda tətbiq ediləcəyini deyib. Pilot layihə kimi yeni texnologiyanı 300-dən çox abunəçiyə tətbiq etmək planlaşdırılır.
Qeyd edək ki, genişzolaqlı internet xidmətlərinin təkmilləşmiş texnologiyası olan PON-u tətbiq etdikdən sonra istifadəçilərə yüksək sürətli internetlə yanaşı, telefon, televiziya və digər xidmətlərin verilməsi nəzərdə tutulur.




24/06/11    Çap et