Bu gün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olan İraq Parlamentinin nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı ölkələr arasında nəqliyyat, kommunikasiya və digər sahələr üzrə əməkdaşlığın gələcək perspektivləri, o cümlədən İraq tərəfinin müxtəlif sahələrdə Azərbaycan təcrübəsindən yararlanma imkanları müzakirə edilib.
Görüşdə həmçinin Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi və hava daşımaları sahəsində əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.