Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” rəhbəri yaxın 10 ildə istefa verəcək


2011-ci ildən “Apple” şirkətinin baş direktoru vəzifəsini tutan Tim Kuk yaxın on ildə istefaya getməyi planlaşdırır. Bu barədə şirkət rəhbəri “The New York Times” nəşrinə müsahibədə bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti.” resursuna istinadən yazır ki, lakin T.Kuk müsahibədə onu əvəzləyəvək şəxsin adını açıqlamayıb və şirkəti tərk etdikdən sonra nə ilə məşğul olacağı ilə bağlı sualı cavabsız qoyub.

 

T.Kuk karyerasına 12 il çalışdığı “IBM” şirkətində başlayıb. Sonra menecer “Compaq” şirkətinin satış və tədarük üzrə vitse-prezidenti təyin edilib. O, “Apple” şirkətinə 1998-ci ildə qoşulub. T.Kuk 2007-ci ildə baş əməliyyat direktoru, 2011-ci ildə isə Stiv Cobsun uzun sürən xəstəliyi səbəbindən istefadan sonra şirkətin rəhbəri təyin olunub.

 

Nizam Nuriyev






07/04/21    Çap et