Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” müştərilərilə birgə yeni reklam ideyaları fikirləşəcək
“Facebook” sosial şəbəkəsi öz müştərilərini yeni marketinq və reklam kampaniyalarının hazırlanması üçün cəlb etməyə qərar verib. Bu barədə “The Marketing Week” portalı yazıb.
“Facebook”da mal və xidmətlərin satışı üçün yeni ideyaları təklif edəcək "müştərilər şurası"na “Coca-Cola” şirkətinin rəhbəri Uendi Klark və “McCann Worldgroup” reklam agentliyinin icraçı direktoru Nik Brini cəlb edilib.
Şurada cəmi 12 insan olacaq. Onların il ərzində bir neçə dəfə görüşəcəyi güman edilir. Məlumata görə, onların görüşlərinin mövzusu məxfi saxlanılacaq.
24/06/11 Çap et