Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Altı yeni “TCL” smartfonu buraxılacaq


Məşhur bloger Evan Blass altı yeni “TCL” smartfonunun təqdim ediləcəyini açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məlumata görə, şirkət “TCL 20 Pro”, “20E”, “20L”, “20L ”, “20S” və “20Y” modellərinin buraxılışına hazırlaşır.

 

Seriyada qabaqcıl model “TCL 20 Pro 5G” olacaq. Qurğu 6,67 düymlük displey, 6 giqabaytlıq operativ yaddaş və “Snapdragon 750G” prosessoru ilə təchiz ediləcək. “Snapdragon 662” mobil platforması əsasında “TCL 20L” seriyalı modellər də analoji ekranla təchiz ediləcək.

 

Brendin daha bir yeni qurğusu 4 giqabaytlıq operativ yaddaş və “Snapdragon 665” prosessoruna malik “TCL 20S” smartfonudur. Siyahını “MediaTek Helio P22” prosessorlu “TCL 20E” və “20Y” modelləri tamamlayır. Smartfonlar digər qurğulardan daha az operativ yaddaş tutumu və kiçik ekran diaqonalı ilə fərqlənəcək.

 

İlkin məlumata görə, “TCL” qurğularının təqdimatı aprelin 14-də keçiriləcək. Yeni smartfonların qiyməti hələ ki açıqlanmayıb.

 

Nizam Nuriyev






09/04/21    Çap et