“Samsung” şirkəti kvant rabitə şifrələməsindən istifadə edən çiplə təchiz edilmiş “Galaxy Quantum” smartfonunun ikinci nəslini təqdim etməyə hazırlaşır.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, aparat 6,7 düymlük “AMOLED” ekrana malikdir. 120 hers yeniləmə tezliyini dəstəkləyən displey ön kamera ilə təchiz edilib.
Smartfon “Snapdragon 860” prosessoru ilə təchiz ediləcək, bundan başqa kvant kriptoqrafiyasının köməyi ilə istifadəçinin məlumatlarının şifrələnməsini təmin edən “QRNG” çip olacaq. “Galaxy Quantum” aparatı 64 mp-lik əsas kamera, 4500 milliamper/saat tutumlu batareya ilə təchiz ediləcək və suya davamlı olacaq.
Emil Hüseynov