Hakerlər “LinkedIn” sosial şəbəkəsinin 500 milyon istifadəçisinin məlumatını satışa çıxarıblar. Şirkətin nümayəndəsi məlumat itkisinin qeydə alınmadığını, internetdə yerləşdirilmiş məlumatların açıq girişdə olduğunu bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “CyberNews” saytı haker saytında məlumatların satışı haqqında təklif aşkar edib. Satışa çıxarılmış arxivdə istifadəçi ID-si, adlar, poçt ünvanları, telefon nömrələri və başqa sosial şəbəkələrə linklər yerləşdirilib. Arxiv hərracda 4 rəqəmli məbləğə satılıb.
Şirkətdən məlumat verilib ki, məlumat itkisi olmayıb, hakerlər açıq girişdə olan informasiyadan istifadə ediblər.
Emil Hüseynov