Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” 2011-ci ildə ABŞ-da ən məşhur sayt olub


“Facebook” sosial şəbəkəsi populyarlığa görə “Google” axtarış sistemini ötərək 2011-ci ildə ABŞ-da ən məşhur sayt olub.Bu barədə “Experian Hitwise” şirkətinin yeni tədqiqatında bildirilib.

İkinci yerdə “Google.com” saytıdır. Üçüncü yerdə “Google” şirkətinin “YouTube” videoservisi olub. Sonrakı yerlər isə belədir: “mail.yahoo.com”, “yahoo.com”, “bing.com”, “search.yahoo.com”, “gmail.com”, “live.com” və “msn.com”





23/12/11    Çap et